<b>Vəzifəli şəxsə <span style="color:red;">CİNAYƏT İŞİ AÇILDI </b>
25 aprel 2019 12:26 (UTC +04:00)

Vəzifəli şəxsə CİNAYƏT İŞİ AÇILDI

Təhsil işçiləri Həmkarlar Azad Həmkarlar İttifaqının Gədəbəy rayon komitəsinin sədrin Cavanşir Məmmədəliyevə qarşı cinayət işi başlanıb.

Lent.az-ın məlumatına görə, həmçinin Elşən Məmmədov adına Xarxar kənd tam orta məktəbinin direktoru olan Məmmədəliyev Cavanşir Zakir oğluna Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi qaldırılıb.

İş üzrə 4 zərərçəkən var.

C.Məmmədəliyev barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Maarif Kazımovun icraatına verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1216

Oxşar yazılar