<b>Vəzifəli şəxs barəsində daha bir <span style="color:red;">CİNAYƏT İŞİ : <span style="color:red;">külli miqdarda .....</b>
21 may 2019 10:06 (UTC +04:00)

Vəzifəli şəxs barəsində daha bir CİNAYƏT İŞİ: külli miqdarda.....

Balakən rayon Təhsil Şöbəsinin sabiq rəhbəri Dibirov Mahir Tacəddin oğlu barəsində daha bir cinayət işi başlanıb.

Lent.az-ın məlumatına görə, Mahir Dibirovdan başqa rayon təhsil işçiləri Maral Əliyeva, Havva Hacıyeva, Elmira Benqerova, Gülbuta Əliyeva, Laura Mustafayeva, Ximisət Zeynalova, Gülnisə Xəlilova, Həlimat Xəlilov, Bəsti Layıcova, Pirdaş Ağcayeva, Meysarat Dibirova, Ayşa Emciyava cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham verilib.

Artıq təqsirləndirilən şəxslər barəsində cinayət işinin istintaqı başa çatıb.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Rəşad Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 4-ə təyin edilib.

Onu da qeyd edək ki, Balakən rayon Təhsil Şöbəsinin sabiq rəhbəri Dibirov Mahir Tacəddin oğlu barəsində bundan əvvəl də mənimsəmə faktı ilə bağlı cinayət işi açılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1270
avatar

Səlcuq Elçin

Oxşar yazılar