[b]Uşaq bağçasında kütləvi zəhərlənmə[/b]
02 aprel 2019 18:57 (UTC +04:00)

[b]Uşaq bağçasında kütləvi zəhərlənmə[/b]

Gürcüstanın Telavi rayonunun Buşeti kəndində uşaq bağçasında kütləvi zəhərlənmə olub.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, 20-dən çox uşaq zəhərlənib.
 
Onlardan 13-ü intoksikasiya diaqnozu ilə Telavi rayon xəstəxanasına yerləşdirilib.
 
Zəhərlənmənin səbəbi hələ məlum deyil. Uşaqların içməli sudan zəhərləndiyi ehtimal olunur.
 
Uşaq bağçası araşdırmalar başa çatana qədər müvəqqəti olaraq bağlanıb.
 
Gürcüstanın Milli Qida Agentliyi müəssisədə araşdırma aparır.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 815
avatar

Oxşar yazılar