[b]Üç yaşlı uşaq üzərinə manqalın aşması nəticəsində öldü [/b]
12 avqust 2016 06:38 (UTC +04:00)

[b]Üç yaşlı uşaq üzərinə manqalın aşması nəticəsində öldü [/b]

Hacıqabulda üç yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.  

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayonu Rəncbər kənd sakini 2013-cü il təvəllüdlü Qafarov Yusif Kamil oğlu üzərinə  manqalın aşması nəticəsində ağır xəsarətlər alıb. Qara ciyərin və mədəaltı vəzinin əzilməsi, daxili qanaxma, kəllə-beyin travması və 4-cü dərəcəli postravmatik şok diaqnozu ilə ötən gün saat 5-6 radələrində Şirvan rayon Mərkəzi Xəstəxanasına daxil olan Y. Qafarov təcili əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib, lakin onu xilas etmək mümkün olmayıb. O, bu gün saat 4 radələrində dünyasını dəyişib.

 

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə göndərilib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243
avatar

Oxşar yazılar