<span style="color:red;">TOYDA ŞOK OLAY:  maşını çadıra sürüb 5 nəfəri əzdi - <span style="color:red;">YENİLƏNİB
30 avqust 2016 11:38 (UTC +04:00)

TOYDA ŞOK OLAY: maşını çadıra sürüb 5 nəfəri əzdi - YENİLƏNİB

Göyçay rayonunda avtomobilin toy çadırına girməsi hadisəsinin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, Bığır kəndində avtomobili toy çadırının üstünə sürən 1984-cü il təvəllüdlü Xəlilov Seymur Asif oğlu hadisə vaxtı sərxoş vəziyyətdə olub. Avtomobil daha yüksəkdə dayandığından və maşında texniki nasazlıq yarandığından o, idarəetməni itirib və sürətlənən nəqliyyat vasitəsi çadıra girərək 5 nəfəri əzib.

 

S.Xəlilov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

 

*****

 

11:17

 

Göyçay rayonunda avtomobilin toy çadırına daxil olması nəticəsində xəsarət alanlardan daha biri Bakıya gətirilib. Lent.az-ın məlumatına görə, Bığır kəndində keçirilən mərasim zamanı Xəlilov Seymur Asif oğlunun törətdiyi hadisə nəticəsində ağır yaralanan 1992-ci il təvəllüdlü Rəhimov Orxan Agaməhəmməd oğlu Kliniki Tibbi Mərkəzə gətirilib. Xəstəxananın nevrotravma şöbəsinə yerləşdirilən 24 yaşlı oğlanın vəziyyətinin orta-ağır olduğu bildirilir. 

 

*****

 

10:21

 

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə rayonun Bığır kənd sakini Nuhzadə Polad Tofiq oğlu özünə məxsus 10-BC-929 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik avtomobili ilə kənddə toy mərasimi keçirilən həyətə gəlib. Özü toy mağarına daxil olandan sonra həmyerlisi Xəlilov Seymur Asif oğlu onun avtomobilini işə salaraq toy çadırına tərəf hərəkət etdirib. Hərəkətdə olan maşın çadıra girib. Nəticədə toy mərasimindəki qonaqlardan 5 nəfər avtomobilin altında qalaraq, ağır xəsarət alıb. Onlardan 1992-ci il təvəllüdlü Rəhimov Orxan Agaməhəmməd oğlu, 1991-ci il təvəllüdlü Salmanov Mehman Murad oğlu və 2004-cü il təvəllüdlü Cəfərzadə Emin Ramin oğlu Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Digər iki nəfərinsə müalicə üçün Bakı şəhərinə aparıldığı bildirilir.


Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.   

# 187
avatar

Nizam Rza

Oxşar yazılar