<b>Тovuzda “Niva” ilə “VAZ” toqquşdu: 3 yaralı</b>
01 sentyabr 2016 00:25 (UTC +04:00)

Тovuzda “Niva” ilə “VAZ” toqquşdu: 3 yaralı

0

Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.

 

“Niva” və “VAZ2107” markalı avtomobillərin toqquşması nəticəsində “Niva” nın sürücüsü, Qovlar şəhər sakini 1974-cü il təvəllüdlü Müşviq Əliyev və “VAZ”ın sürücüsü və sərnişini, Bayramlı kənd sakinləri iki qardaş 1986-cı il təvəllüdlü Məsim və 1992-ci il təvəllüdlü Əlixan Ələsgərovlar müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

 

Faklta bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar