[b]Şirvanda yanacaqdoldurma məntəqəsinə maskalı[/b] BASQIN
16 iyun 2016 11:41 (UTC +04:00)

[b]Şirvanda yanacaqdoldurma məntəqəsinə maskalı[/b] BASQIN

 Şirvan şəhərində maskalı şəxs yanacaqdoldurma məntəqəsinə basqın edib.

 

Şirvan şəhər Polis İdarəsindənAPA-ya verilən məlumata görə, hadisə şəhərin 1 May küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Yanacaqdoldurma məntəqəsinə gələn  maskalı şəxs, orada operator işləyən Elvin Əhmədovu döyərək kassadakı 500 manatı götürüb, hadisə yerini tərk edib.

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Mahir İmanov tutulub.

 

Araşdırma zamanı onun daha bir neçə cinayəti orta çıxıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

APA Baycan

Oxşar yazılar