[b]Sənəd düzəldəcəklərini deyib külli miqdarda pul aldılar[/b]
28 avqust 2016 18:39 (UTC +04:00)

[b]Sənəd düzəldəcəklərini deyib külli miqdarda pul aldılar[/b]

Bakıda aldıqları torpaq sahəsi üçün sənəd düzəltdirmək istəyən şəxslər dələduzluqla üzləşib. Lent.az-ın məlumatına görə, 1966-cı il təvəllüdlü Ağayeva Rehyan Əziz qızı Suraxanıda aldığı torpaq sahəsi üçün sənəd hazırlatmaq məqsədi ilə Ziya və Zaur adlı şəxslərə 4800 manat verdiyini, lakin həmin şəxslərin onu aldatdığını bildirib.

 

Bundan başqa Nuriyev Akif Arif oğlu adlı vətəndaş da polisə müraciət edərək torpaq sahəsi üçün sənəd almaq məqsədi ilə Zəfər adlı şəxsə 12 min manta verdiyini, lakin aldadıldığını qeyd edib.

 

Hər iki müraciətlə bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar