<b>Şəkidə qəza:</b> sürücü ölüb
18 iyul 2015 14:00 (UTC +04:00)

Şəkidə qəza: sürücü ölüb

0

Şəkinin Sarıca kəndində (rayon mərkəzindən 60 km aralı) 1958-ci il təvəllüdlü Balaağayev Saməddin Kamaləddin oğluna məxsus “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

 

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, qəza nəticəsində S. Balaağayev hadisə yerində ölüb.

 

Avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 313

Oxşar yazılar