![[b]Rüşvət almaqda ittiham edilən məmura cəza istəniləcək[/b]](https://lent.az/storage/news/2019/april/22/big/cc75bd04ab59e8c12ad0d66955dd4163.jpg)
[b]Rüşvət almaqda ittiham edilən məmura cəza istəniləcək[/b]
Rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilən Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi Ağa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Növbəti prosesdə dövlət ittihamçısı Ağa Məmmədova cəza istəyəcək.
Məhkəmə prosesi mayın 6-da davam etdiriləcək.
Qeyd edək ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Məmmədov Ağa Arif oğlu əvvəlcədən tanıdığı Elvin Manafov adlı şəxsə yaxın iş adamları - “Shift Almaty” Advertising Agnecy” LLP Qazaxıstan şirkətinə və həmin şirkətin hazırda “Carlsberg Azerbaijan” adlanan “Baltika Bakı” şirkəti üçün gördüyü reklam işləri ilə bağlı həyata keçirilmiş ödəniş üzrə tutulmuş ikiqat verginin müəyyən hissəsinin geri qaytarılması, habelə “Zanobia” şirkəti üzrə kameral vergi yoxlaması üzrə hesablanmış 5.700 manat məbləğində vergi borcunun silinməsi məsələsini həll etmək imkanına malik olduğunu həmin şirkətlərin rəhbərlərinə yalandan vəd edib.
Bu zaman qeyd edilən məsələni özünün yaxın münasibətdə olduğu Vergilər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə hər bir şirkət üzrə pul verilməsi müqabilində həll edəcəyini bildirib.
A.Məmmədov barəsində Cinayət Məcəllənin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar yazılar

Azərbaycanda FACİƏ: iki uşaq atasını qatar vurub öldürdü
13 mart 2025 , 00:11
Goranboyda yanacaqdoldurma məntəqəsi yandı
12 mart 2025 , 23:32
Qızın istəyi ilə valideynlərini vəhşicəsinə öldürən manyak azadlıqda: Film də çəkilib
12 mart 2025 , 20:15
Qadın pedofilin cinsi orqanını və ürəyini qızardıb yedi
12 mart 2025 , 19:44
Yolda sürücünü döyüb, avtomobilə ziyan vuranlar həbs edildi - VİDEO
12 mart 2025 , 19:24
Kişi mişarla boğazını kəsdi
12 mart 2025 , 19:16
Müdafiə Nazirliyi hərbi hissələrinin keçmiş maliyyə xidmətinin rəisinə HÖKM OXUNDU
12 mart 2025 , 19:11