<b>Qubada 16 nəfərə "pul atan" ələ keçdi - <span style="color:red;">FOTO </b>
27 fevral 2019 16:22 (UTC +04:00)

Qubada 16 nəfərə "pul atan" ələ keçdi - FOTO

Qubada dələduzluqda təqsirləndirilən şəxs ələ keçib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,  Quba RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fərqli vaxtlarda Quba və yaxın rayonlarda çoxlu sayda oğurluq və dələduzluq etməkdə şübhəli 35 yaşlı Sabirov Ramiz  Əli oğlu saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edib. R.Sabirovun ətrafında aparılan tədbirlərlə, onun müxtəlif vaxtlarda Quba rayonunda ümumilikdə 16 nəfərə qarşı dələduzluq və oğurluqlar etdiyi məlum olub.

Ramiz Sabirovun başqa hadisələrdə iştirak edib-etməməsi araşdırılır.

Əgər Ramiz Sabirovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Quba RPŞ-nə müraciət etmələri və ya şəhər telefonlarından  (023)3353511; (023)3354302 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Səlcuq Elçin

Oxşar yazılar