[b]Oğuzda 44 yaşlı kişi güllələndi[/b]
24 iyul 2017 23:27 (UTC +04:00)

[b]Oğuzda 44 yaşlı kişi güllələndi[/b]

Oğuzda 44 yaşlı kişi ov tüfəngi ilə güllələnib.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 24-ü axşam saat 19:50 radələrində Oğuz rayonu Yaqublu kənd sakini, 1973-cü il təvəllüdlü Laçın Yaqub oğlu İsayev döş qəfəsi və qolunda güllə yarası xəsarəti ilə xəstəxanaya daxil olub.

 

Müayinə zamanı məlum olub ki, 44 yaşlı Laçın İsayev hələ ki adı açıqlanmayan şəxs tərəfindən ov tüfəngi ilə güllələnib. Laçın İsayevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Oğuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumatda Laçın İsayevin güllənməsi faktı təsdiqlənib, hadisə ilə bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparıldığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 148
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28