<b>Nəzir qutusundan 200 manat oğurladı</b>
13 iyul 2016 13:17 (UTC +04:00)

Nəzir qutusundan 200 manat oğurladı

Zaqatala rayonunda nəzir qutusundan oğurluq etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 10-na keçən gecə Zaqatala rayonunun Muxax kəndində yerləşən Cümə məscidinin nəzir qutusundan 200 manat pul oğurlanıb.

 

Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Arif Aslanov tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 135
avatar

Oxşar yazılar