Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Sabunçu rayon idarəsinin Nardaran bölməsinin yeni inzibati binası istifadəyə verilib.
DTX-nin İctimai Əlaqələr Şöbəsindən APA-ya bildirilib ki, müasir tələblərə cavab verən inzibati binasında yaradılan iş şəraiti və maddi-texniki baza müasir standartlar səviyyəsindədir.
“Xalqımızın və dövlətçiliyimizin təhlükəsizliyinin təminatı istiqamətində qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün bütün imkanlar mövcuddur” – deyə, məlumatda qeyd olunub.