Amansızlıqla öldürülən Günelin ailəsindən <span style="color:red;">ŞOK İTTİHAMLAR - TƏFƏRRÜAT
03 may 2017 12:26 (UTC +04:00)

Amansızlıqla öldürülən Günelin ailəsindən ŞOK İTTİHAMLAR - TƏFƏRRÜAT

 

Dünən Mingəçevir şəhərində baş vermiş dəhşətli qətl hadisəsinin şok təfərrüatı üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Mingəçevir şəhərinin Xətai 16 ünvanındakı yaşayış   binasında şəhər sakini Kənan Əzizovun həyat yoldaşı, iki uşaq anası Əzizova Günel Yusif qızını əslində qısqanclıq zəminində deyil, ailə münaqişəsi səbəbindən öldürdüyü üzə çıxıb.

 

Məlum olub ki, ər həyat yoldaşına 25 bıçaq zərbəsi endirdikdən sonra balta ilə onun başını kəsməyə çalışıb. Qadın hadisə yerindəcə keçinib.

 

Günel Əzizovanın bacısı Gülşən xanım deyib ki, hadisəyə bacısının qayınanası ilə yola getməməsi səbəb olub: “Bacımın qaynanası Nailə xanım sələmlə pul verir. O, dəfələrlə bacımı verdiyi sələmlərin faizini yığmaq üçün ünvanlara göndərirdi. Bacım isə həmişə bizə deyirdi ki, haram pul yeməkdən bezib. Bu zaman evlərində həmişə dava-dalaş olurdu. Mən hadisə olan günü uşaqlarımı xəstəxanaya gətirmişdim. Özüm Mingəçevirin Tərəvəzçilik sovxozunda oluram. Günorta bacımgilə zəng vurub hal-əhval soruşdum. Telefonu əri götürdü, yalandan dedi ki, guya Günel yuxa bişirir. Sən demə, saat 3 radələrində bacımı əri, baldızı və qaynanası birlikdə öldürüblər. Saat 4-də yenidən yığıb danışmaq istədim. Bu dəfə qayınanası götürdü telefonu və dedi ki, Kənan Güneli öldürüb, gəlin meyitinizə sahib çıxın”.

 

Qeyd edək ki, G.Əzizova hələ ki, dəfn edilməyib. Mərhumun anası Xumar xanım qarşı tərəfin gəlməsini tələb edib. 

 

*****

 

10:59

 

Dünən axşam saatlarında Mingəçevir şəhərinin Xətai prospekti 16 ünvanında baş vermiş dəhşətli qətlin bəzi detalları məlum olub. Lent.az xəbər verir ki, həmin ünvanda anası və ailəsi ilə yaşayan Kənan Əzizovun həyat yoldaşı Günel Əzizovanı qısqanclıq zəminində qətlə yetirdiyi üzə çıxıb. Araşdırmalar zamanı məlum olub ki, K.Əzizov bir müddət imiş ki, xanımını evdən kənara çıxmağa qoymurmuş və onların arasında qısqanclıq səbəbindən münasibətlər tamamilə pozulubmuş. Dünən anasının evdə olmamasından istifadə edən K.Əzizov uşaqları həyətə oynamağa göndərib və daha sonra bıçaqla Günelin başını kəsərək öldürüb.

 

Artıq K.Əzizov tutulub. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

 

 

*****

 

20:33

 

Mingəçevirdə qətl hadisəsi törədilib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün 20.00 radələrində şəhərdə qeydə alınıb. Kənan Əzizov adlı şəxs ailə münaqişəsi zəminində həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.

 

Hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətlin hansı səbəbdən törədildiyi və ölən qadının kimliyi hələ ki məlum deyil.

 

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 121
avatar

Nizam Rza

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28