[b]Mingəçevir sakini sahibi olduğu marketdə öldü[/b]
Mingəçevir sakini sahibi olduğu marketdə ölüb.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində yerləşən marketlərdən birində baş verib.
Belə ki, 1952-ci il təvəllüdlü şəhər sakini Arif Fələk oğlu Əliyevin qəfil halı pisləşərək huşunu itirib və marketdə ölüb.
Qəfil ölümün səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
917