
Məşhur narkobaron "Damdayatan Nizam"ın qızının istəyi reallaşmadı
Narkotik satmaqda təqsirləndirilən “Damdayatan Nizam” kimi tanınan şəxsin qızı Şəms Səmədovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Hakimlər kollegiyasının qərarına əsasən, Ş.Səmədovanın apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, polis əməkdaşları mayın 18-də Bakıda narkotik və güclü təsiredici psixotrop tərkibli həblər satan şəxsləri saxlayıb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Ağcabədi rayon sakini Tural Qasımovdan, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babayevdən, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Əliyevdən və Nizami Mürsəlovdan narkotik vasitə olan heroin və “Metamfetamin” aşkar edilib.
Araşdırmalarla onların narkotiki əldə etdikləri mənbə də müəyyən edilib və narkotik vasitəni onlara satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Şəms Səmədova da saxlanılıb. Ondan 44 qramdan artıq heroin, “Metamfetamin” və 70 ədəd “Tramadol” həbləri aşkar edilib. Ş.Səmədovanın bacısının evində keçirilən əməliyyat-axtarış tədbirləri ilə oradan əlavə olaraq 44 qram heroin, “Metafetamin” və “AMB-Fubinaca” adlı narkotik vasitə aşkar edilərək götürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Ş.Səmədovanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva və bacısı Lamiyə Quliyeva da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar.
Oxşar yazılar

Goranboyda "Hyundai" iki heyvanı vurub öldürdü
22 aprel 2025 , 23:01
Dəhşət: Dörd yaşlı uşaq kanalda boğulub öldü
22 aprel 2025 , 22:16
Abşeronda məktəb yaxınlığında DƏHŞƏT: gənc oğlan özünü öldürdü
22 aprel 2025 , 19:33
Ruben Vardanyanın məhkəməsində mina terrorunun qurbanları danışdı: Bir gündə iki oğlumu itirdim
22 aprel 2025 , 19:24
Dövlətə xəyanətdə ittham olunan İvan Svetliçnıyə hökm oxundu
22 aprel 2025 , 18:37
Adil Qeybulla Tofiq Yaqublunu yenidən müayinə etdi
22 aprel 2025 , 18:13
Polis polkovniki faciəli şəkildə öldü
22 aprel 2025 , 17:30