
Mənzildən 5 min manat oğurlandı
0
0
Oğurluqda şübhəli bilinən Lerik şəhər sakini tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5000 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Yaqubov saxlanılıb.
Faktla bağlı araşdırma gedir.
0
0