Könül Kərimovanı aldadıb 32 min alan qadınla bağlı<span style="color:red;"> YENİ XƏBƏR
20 iyul 2018 12:40 (UTC +04:00)

Könül Kərimovanı aldadıb 32 min alan qadınla bağlı YENİ XƏBƏR

Müğənni Könül Kərimovaya qarşı dələduzluqda təqsirləndirilən Məlahət Məmmədova barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən M.Məmmədova özünü qismən təqsirli bildiyini deyib.

Prosesdə zərərçəkmiş kimi dindirilən Əfqan Hacıyev qeyd edib ki, oğlunu Azərbaycan Koperasiya Universitetinə düzəltmək adı ilə M.Məmmədovaya 13 min manat pul verib: “Mənə özünü Təhsil Nazirliyin əməkdaşı kimi təqdim eləmişdi. İş düzəlmədi. Sonrada pulum qaytarıldı. Heç bir şikayətim tələbim yoxdur”.

Digər zərərçəkmiş Sevinc Əliyeva qeyd edib ki, Ələkbər Abbasovun vasitəsi ilə M.Məmmədovaya 10 min dollar və 40 min manat pul verib: "Oğlum həbs edilmişdi. Bunlar da oğlumun cinayət işinə xitam veriləcəyi vədi verdilər. Pulu Məlahətə Ələkbərin yanında verdim. Hətta Məlahətin qızı da evdə idi. Puldan cəmi 12 min manta qaytarılıb”.

Məhkəmə  iyulun 31-də davam edəcək.

Qeyd edək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə zərərçəkənlər içində əməkdar artist, müğənni Könül Kərimova da var. M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədi verib.

O, bu işə görə,K.Kərimovadan ümumilikdə 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632
avatar

Səlcuq Elçin

Oxşar yazılar