[b]Konqoda gəmi batıb: 30 nəfər ölüb, 200 nəfər itkin düşüb[/b]
27 may 2019 02:48 (UTC +04:00)

[b]Konqoda gəmi batıb: 30 nəfər ölüb, 200 nəfər itkin düşüb[/b]

Konqo Demokratik Respublikasının şimal-qərbindəki Mai-Ndombe gölündə gəminin batması nəticəsində azı 30 nəfər ölüb, daha 200 nəfər isə itkin düşüb.

 

ONA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi İnonqo şəhərinin meri Simon Mboo Vembaya istinadən məlumat yayıb.

 

Agentliyin məlumatına görə, gəmidə olanların əksəriyyəti məvaciblərini almağa gedən müəllimlər olub. Şəhərdəki yollar bərbad olduğundan onlar su yolu ilə getmək qərarına gəlib.

 

Yerli rəsmi dairələr bildirir ki, gəmidə bir neçə yüz insan olub ki, onlardan təxminən 80 nəfəri xilas ola bilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1188
avatar

Oxşar yazılar