Turqut Qəmbər sərbəst buraxılıb - YENİLƏNİB
18 avqust 2016 15:48 (UTC +04:00)

Turqut Qəmbər sərbəst buraxılıb - YENİLƏNİB

NİDA Vətəndaş Hərakatının idarə heyətinin üzvü Turqut Qəmbər sərbəst buraxılıb.

 

Lent.az-ın məlumatına görə, bu barədə o özü sosial şəbəkə vasitəsi ilə məlumat verib.  

**

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan NİDA Vətəndaş Hərəkatı üzvü Elgiz Qəhrəman barəsində seçilmiş həbs-qətimkan tədbirindən verilmiş şikayətə baxılıb. Lent.az-ın məlumatına görə, məhkəməyə gəlmiş NİDA-çılarla polis arasında insident yaşanıb. İnsident zamanı "Nida"çı İsmi Şahzadə saxlanılıb.

Bir müddətdən sonra isə İsmi Şahzadə sərbəst buraxılıb. 

***

 

NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Turqut Qəmbər saxlanılıb.

Lent.az-ın məlumatına görə, o, Bakı Apellyasiya Məhkəməsinin qarşısında saxlanılıb və Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığı bildirilib.

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində təşkilatın digər üzvü Elgiz Qəhrəmanın həbs-qətimkan tədbirindən verilən şikayətə baxılıb.

 

Qeyd edək ki, Turqut Qəmbər Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərin oğludur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Səlcuq Elçin

Oxşar yazılar