[b]İmişlidə “VAZ”la “Mercedes” toqquşdu: [/b][b]3 yaralı[/b]
10 iyul 2017 23:42 (UTC +04:00)

[b]İmişlidə “VAZ”la “Mercedes” toqquşdu: [/b][b]3 yaralı[/b]

İmişli rayonunda yol qəzası baş verib.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Qaradonlu kəndi ərazisində qeydə alınıb.

 

“VAZ 2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Zeynalov Emil Əli oğlu, 1974-cü il təvəllüdlü Manafova Fatimə və 1988-ci il təvəllüdlü Əbilov Rəvan Əbil oğlu müxtəlif dərəcəli xəsarət alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Oxşar yazılar