Güləşçimiz Cəbrayıl Həsənov yarımfinalda rusiyalı rəqibi Aniuar Qeduyevlə görüşüb. Döyüş güləşçimizin 4-5 hesablı məğlubiyyəti ilə yekunlaşıb. O, bürünc medal uğrunda güləşəcək.
**
18:44
Güləşçimizlərdən Cəbrayıl Həsənov yarımfinala yüksəlib.
Lent.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində Cəbrayıl Həsənov 1/4 final görüşündə gürcüstanlı Yakob Makaraşvili vaxtından qabaq qalib gələrək, adını yarımfinala yazdırıb.
57 kq çəki dərəcəsində güləşçimiz Hacı Əliyev isə 1/4 final mərhələsində məğlub olub. O, gürcüstanlı Vladimir Xinçeqaşviliyə məğlub olub:3:2. Əgər gürcüstanlı finala yüksəlsə Hacı Əliyev təsəlli verici görüşlərə çıxaçaq
***
Rio-2016 Olimpiya Oyunlarında sərbəst güləş üzrə iki güləşçimiz 1/4 finala yüksəlib.
Lent.az-ın məlumatına görə, Azərbaycanın 57 çəki dərəcəsində təmsil edən Hacı Əliyev 1/8 final mərhələsində cənubi koreyalı Yunsik Yunu 12:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi gürcüstanlı Vladimir Xinçeqaşvili olacaq.
74 kq çəki dərəcəsində Cəbrayıl Həsənov 1/8 finalda kolumbiyalı Karlos Arturo İzkierdo Mendeslə gücünü yoxlayıb. Qarşılaşma vaxtından əvvəl həmyerlimiz xeyrinə başa çatıb:10:0
C. Həsənov 1/4 finalda gürcüstanlı Yakob Makaraşvili ilə üz-üzə gələcək.