[b]İki "VAZ" toqquşdu: 5 yaralı[/b]
20 iyul 2016 00:55 (UTC +04:00)

[b]İki "VAZ" toqquşdu: 5 yaralı[/b]

0

Tovuzda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz – Əlibəyli yolunda qeydə alınıb. İki “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Xəsarət alanlar 1990-cı il təvəllüdlü Orxan Sadıqov, 1988-ci il təvəllüdlü Nəbi Həsənov, 1979-cu il təvəllüdlü Elanrə Məmmədova, onun uşaqları 2003-cü il təvəllüdlü Fərid, və 1999-cu il təvəllüdlü Kəmalədir.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar