APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb.
Kənd sakini, 1961-ci il təvəllüdlü Aslan İbrahimov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında dayanan “MAN” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “VAZ 2106”nın sürücüsü və sərnişin - 1962-ci il təvəllüdlü Yeganə İsmayılova bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Sürücü A. İbrahimov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.
 
                ![[b]Goranboyda ağır qəza:[/b] ölən və yaralanan var](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png) 
                            