<b>Goranboy sakini özünü bıçaqladı</b>
02 iyun 2017 20:22 (UTC +04:00)

Goranboy sakini özünü bıçaqladı

0

Goranboy sakini özünü Gəncədə bıçaqlayıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Goranboy rayonu, Faxralı kənd sakini, 1990-cı il təvəllüdlü Abdullayev Royal Lülqədər qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

 

O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, sərxoş vəziyyətdə olan R.Abdullayev özü-özünü bıçaqlayıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar