Gəncədə piyadanı vuran sürücü qaçıb
30 aprel 2017 21:43 (UTC +04:00)

Gəncədə piyadanı vuran sürücü qaçıb

0

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

 

Şəhər sakini, 1995-ci il təvəllüdlü Aysel Qasımova yolu keçmək istəyərkən “Opel” markalı avtomobillə vurulub. Sürücü  hadisə yerindən uzaqlaşıb. A. Qasımova xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdrıma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 365

Oxşar yazılar