<b>Gəncədə maşın dərəyə aşdı:</b> 3 yaralı
17 avqust 2015 17:31 (UTC +04:00)

Gəncədə maşın dərəyə aşdı: 3 yaralı

0

Gəncə şəhərinin şərq çıxışında avtomobil aşıb, yaralılar var. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə saat 16 radələrində Gəncə Avtovağzalının yaxınlığında qeydə alınıb. Hərəkətdə olan 20 DH 426 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobil yolun kənarında olan dərəyə aşıb. Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar