Gəncədə bəzi tikililərin zirzəmilərinə su dolub  - <span style="color:red;">YENİLƏNİB
24 may 2016 17:15 (UTC +04:00)

Gəncədə bəzi tikililərin zirzəmilərinə su dolub - YENİLƏNİB

Bu gün saat 15 radələrində Gəncəyə qısa müddətli yağan dolu sonra güclü yağış və küləklə əvəzlənib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, güclü yağış şəhər təsərrüfatına ziyan vurmasa da, bəzi tikililərin zirzəmilərinə su dolub. Gəncə şəhər Fövqəladə Hallar Komissiyasından bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin su çəkən avtomobilləri hazırda su dolan zirzəmilərdə işləyir.

 

 

 

Təhlükəsizlik məqsədi ilə şəhərin bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaransa da, artıq şəhərdə enerji təminatı bərpa olunub.

 

 

16 : 00

Gəncədə güclü qasırğa başlayıb.APA-nın qərb bürosunun xəbərinə görə, günortadan sonra şəhərə yağan dolu daha sonra güclü külək və leysanla əvəz olunub.

 

Şəhərin bəzi yerlərinə təhlükəsizlik məqsədilə elektrik enerjisinin verilişi dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

APA Baycan

Oxşar yazılar