Eyni evdə qaldığı tanışını öldürmək istəyənin məhkəməsi başladı
21 oktyabr 2016 16:32 (UTC +04:00)

Eyni evdə qaldığı tanışını öldürmək istəyənin məhkəməsi başladı

 

Bu gün qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Ziyafət Manafovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin baxış iclası oktyabrın 27-nə təyin edilib.

 

Qeyd edək ki, hadisı Bakının Pirallahı rayonunun Süleyman Bağırov küçəsində baş verib. Bağ evlərindən birində baş verən hadisə zamanı əvvəllər məhkum olunmuş, 56 yaşlı Ziyafət Manafov eyni evdə yaşadığı 53 yaşlı Raqib Novruz oğlu Əhmədova bir neçə dəfə atəş açıb. Lakin güllələrdən heç biri R.Əhmədova dəyməyib.

 

Hadisədən sonra Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Hadisəni törədən Ziyafət  Manafov saxlanılıb və istintaqa təhvil verilib. Hadisə yerindən 4 ədəd giliz götürülüb.

 

İstintaq zamanı silahlı insdentin iştirakçıları həmin ərazidə kirayədə qalıblar və balıq ovu ilə məşgul olduqları məlum olub.

 

Z.Manafov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Səlcuq Elçin

Oxşar yazılar