<b>Evə gətirdikləri qadını zorlayıb öldürənlərə <span style="color:red;">39 İL HƏBS TƏLƏBİ </b>
10 yanvar 2018 12:47 (UTC +04:00)

Evə gətirdikləri qadını zorlayıb öldürənlərə 39 İL HƏBS TƏLƏBİ

 

 

Bakıda qadını öldürməkdə təqsirləndirilən Dimitriy Razumniy və Samir Zenyukovun cinayət işi üzrə məhkəmə davam edib.

 

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

 

Prokuror çıxışında Samir Zeynukova 20 il,  Dimitriy Razumniya isə 19 il cəza istəyib.

 

Müdafiə tərəfinin vəkilləri çıxış üçün vaxt istəyiblər.

 

 

Qeyd edək ki, qətl bu il aprelin 30-da  Səbail rayon Neftçilər prospektində yerləşən mənzildə baş verib.

 

 

Həmin mənzildə Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitriy Razumnıy ilə birgə yaşayıb.

 

Onlar qadın tanışları Yelena Sandrandinovanı yaşadıqları mənzilə gətiriblər. Qadını döyüb və sonra təcavüz ediblər. Qadın bu səbəbdən ölüb.

 

Dostlar birlikdə qadının meyitini evdən çıxarıb, həyətin küncünə qoyublar.

 

 

Daha sonra qonşular Yelena  Sandrandinovanın meyitini aşkarlayıblar.

 

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Samir Zenyukov və Dmitriy Razumnıy həbs edilib.

 

 

Onlara Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə), 120.2.1-ci(bir qrup şəxs tərəfindən adam öldürmə) , 120.2.4-cü(xüsusi amansızlıqla adam öldürmə),  120.2.6-cı(zorlama ilə adam öldürmə), 120.2.9-cu(kömksiz vəziyyət adam öldürmə), 29.149.2.1-ci( bir qrup şəxslə zorlamaya cəhd), 29.149.2.4-cü( xüsusi amansızlıqla zorlamaya cəhd), 150.1-ci(sexsual xarakterli hərəkət törətmək), 150.2.4-cü(xüsusi amansızlıqla seksual xarakterli hərəkət) maddələri ilə ittiham verilib.

 

Onu da qeyd edək ki, həm təqsirləndirilən şəxslər həm də ölən şəxsin tüfeyli həyatı yaşadığı bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Səlcuq Elçin

Oxşar yazılar