Ermənistan istehsalı olan spirtli içkilər Azərbaycanda MƏHV EDİLDİ - FOTO
Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.
ONA-nın məlumatına görə, ümumilikdə 2812883 ədəd protexniki vasitə, 43092 ədəd dərman preparatı,735 ədəd yararsız müxtəlif markalı mobil telefon və aksesuarı ,12675,4 litr alkoqollu və sərinləşdirici içki, 1212.8 kq qariışıq ərzaq məhsulu, 6019 kq yuyucu vasitə, 14479.65 kq müxtəlif növ məişət malı məhv edilib.
Qeyd edək ki, məhv edilən mallar 2018-19-cu illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.
Məhv edilən mallar arasında Ermənistan istehsalı olan, istifadəyə yararsız 220 ədəd spirtli içki də olub.
836