<b>Ermənilər azərbaycanlı qadının Ermənistana keçdiyini iddia edirlər  </b>
08 iyun 2016 01:04 (UTC +04:00)

Ermənilər azərbaycanlı qadının Ermənistana keçdiyini iddia edirlər

0

Erməni mətbuatı Tovuz rayonu Yanıqlı kənd sakini 1977-ci il təvəllüdlü Zöhrə Vardzar qızı Vəliyevanın  Ermənistan tərəfinə keçməsi barədə məlumat yayıb. APA-nın  “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar  işçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.     

 

Məlumata görə, hazırda qeyd olunan şəxslə bağlı əlavə məlumatların və onun erməni tərəfinə keçməsinin təfərrüatlarının müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

 

Erməni mətbuatının xəbərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan nümayəndəliyi  Zöhrə Vardzar qızı Vəliyevanın erməni tərəfinə keçməsi barədə artıq məlumatlandırılıb.  

 

Qeyd edək ki, Yanıqlı kəndinin aid olduğu Polis Bölməsindən APA-nın qərb bürosuna bildirib ki, polisə qeyd olunan məsələ ilə bağlı heç bir məlumat daxil olmayıb.

 

Polisdən Zöhrə Vardzar qızı Vəliyeva adlı şəxsin Yanıqlı kəndində yaşamadığı bildirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 261

Oxşar yazılar