Ərli bacısının sevgilisini öldürənə <span style="color:red;">AĞIR CƏZA
31 may 2019 17:00 (UTC +04:00)

Ərli bacısının sevgilisini öldürənə AĞIR CƏZA

Ərdə olan bacısının sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Elnur Abdullayevin cinayət işi üzrə məhkəməiclası başa çatıb.
 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə E.Abdullayev 16 il müddətinə azadlıqdan məhrum edilib.
 
 
Qeyd edək ki, qətl ötən ilin noyabrda Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.
 
 
Avtoyuma məntəqəsində işləyən Murad Quliyev Qəbələ rayon sakini, 27 yaşlı Elnur Abdullayev tərəfindən qısqanclıq zəminində öldürülüb.
 
 
Bildirilir ki, M.Quliyev internet vasitəsilə 2 uşaq anası olan Almaz Abdullayeva (ad şərtidir) ilə tanış olub. Daha sonra qadın uşaqlarını Qəbələdə ataraq Bakıya gəlib, M.Quliyevlə 2 aya yaxın birgə yaşayıb.
 
 
M.Quliyev qadınla birgə Qəbələyə gedib. Məqsəd isə qadının rəsmi nikahda olduğu şəxsdən boşanmaq üçün məhkəməyə müraciət etməsi olub.
 
 
Lakin Qəbələdə olarkən qadının ailə üzvləri onun M.Quliyevlə Bakıya qayıtmağına icazə verməyib və həmin şəxsin onlara el adəti ilə elçi gəlməsini istəyib. M.Quliyev Bakıya gəlib, lakin o, qeyri-rəsmi münasibətdə yaşadığı qadının ailəsinin istədiyi kimi etməyib və onlarla əlaqəni tamamilə kəsib.
 
 
Qadının qardaşı E.Abdullayev özü ilə bıçaq götürərək Bakıya gəlib, M.Quliyevi tapıb və ona bir neçə zərbə endirib. M.Quliyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714
avatar

Səlcuq Elçin

Oxşar yazılar