<b>DTX-ın həbs etdiyi "siyasi arayış"çıların işində <span style="color:red;">YENİLİK </b>
27 fevral 2019 16:06 (UTC +04:00)

DTX-ın həbs etdiyi "siyasi arayış"çıların işində YENİLİK

Avropaya emiqrasiya üçün saxta sənədlərlə “siyasi arayışlar” verməkdə təqsirləndirilən Mübariz Yusifov və Firudin Mustafayevin barəsində aparılan ibtidai istintaq başa çatıb.

 

Lent.az-ın məlumatına görə, təqsirləndirilən şəxslərlə bağlı toplanan cinayət işinin materialları baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. Cinayət işi Aytən Əliyevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

 

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları 63 yaşlı Bakı sakini Mübariz Vəli oğlu Yusibovu və 53 yaşlı Firudin Məmmədəli oğlu Mustafayevi saxlayıblar.

 

Saxlanılmış şəxslər uzun illər ərzində Avropa ölkələrində yaşayış hüququ almaq istəyənlər üçün cinayət işlərinin siyasi xarakteri haqqında məhkəmə və hüquq-mühafizə orqanlarının qərarlarını saxtalaşdırıblar. DTX-nın yaydığı məlumatda bildirilir ki, bu insanların əli ilə onlarla, hətta yüzlərlə insan Qərbdə hakimiyyət tərəfindən izlənilən və həyatları təhlükədə olan şəxslər kimi sığınacaq alıblar.

 

 

İttiham olunanlar Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədlərin saxtalaşdırılması) maddəsi üzrə cinayət məsuliyyətinə cəlb ediliblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710
avatar

Səlcuq Elçin

Oxşar yazılar