Daşkəsəndə narkotik vasitə olan marixuana satmaq istəyən musiqi müəllimi saxlanılıb. Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, rayon sakini 1967-ci il təvəllüdlü Fikrət Bəhramov evinin yaxınlığında saxlanılıb. Onun üzərinə baxış zamanı cibindən bir kibrit qutusu və 4 bükümdə narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. F. Bəhrəmov marixuananı şəxsi istifadəsi üçün yolun kənarından yığdığını qeyd edib. Aparılmış əməliyyat tədbirləri zamanı məlum olub ki, F. Bəhərmov marixuananı həmyerlisi Daşqın Əliyeva satmaq istəyib.
F. Bəhrəmov rayonda olan musiqi məktəbində qarmon müəllimi işləyir.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.