Corabında qızıl keçirmək istədi, yaxalandı
08 avqust 2016 10:45 (UTC +04:00)

Corabında qızıl keçirmək istədi, yaxalandı

 

 

Rusiyadan Azərbaycana corabında qızıl keçirmək istəyən şəxs saxlanılıb.

Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. 

 

Yoxlama zamanı, həmin vətəndaşın ayağındakı corablardan - 1 ədəd cib saatı qabı, 2 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 cüt sırğa, 2 ədəd sırğa tayı və 1 ədəd sırğa tayının keçirmə hissəsi olmaqla, ümumi çəkisi 87,39 qram olan qızıl məmulatı aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164
avatar

Oxşar yazılar