[b]Cocuq Mərcanlıda raket və minalar tapıldı[/b]
01 iyun 2017 23:56 (UTC +04:00)

[b]Cocuq Mərcanlıda raket və minalar tapıldı[/b]

0

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində  aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

 

ANAMA-dan Lent.az-a verilən məlumata görə, gün ərzində 1 201 ədəd qəlpə, 1 ədəd partlamamış hərbi sursat (PHS) (PQ-7VL raketi) və 2 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

 

Nəticə etibarilə 17 413 kv.m (1.74 ha) ərazi tam təmizlənib, 18 300 kv.m (1.83 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. Beləliklə, cəmi 35 713 kv.m (3.57 ha) ərazi təmizlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar