[b]Cəlilabadda mağazanı ildırım vurub yandırdı[/b]
25 sentyabr 2017 23:34 (UTC +04:00)

[b]Cəlilabadda mağazanı ildırım vurub yandırdı[/b]

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Adnalı kəndində qeydə alınıb.

 

Rayon ərazisində güclü yağan yağışdan sonra güclü ildırım çaxıb. Nəticədə istifadəsiz qalan köhnə mağaza binası alovlanıb.

 

Dərhal Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 155
avatar

Oxşar yazılar