[b]Bu il 24 nəfəri ilan sancıb[/b]
08 iyun 2016 11:43 (UTC +04:00)

[b]Bu il 24 nəfəri ilan sancıb[/b]

 

"2016-cı ilin aprel ayından Səhiyyə Nazirliyinin Toksikologiya şöbəsinə ilansancma ilə baǧlı ümumilikdə 24 müraciət daxil olub". Lent.az-ın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bu gün keçirilən media-brifinqdə deyib. Baş toksikoloqun sözlərinə görə, onlardan 13-ü qəbul edilib: "4-nün vəziyyəti aǧır, digərlərinin vəziyyəti isə orta-aǧır qiymətləndirilib". A. Maqsudov qeyd edib ki, daxil olan ilansancma müraciətləri arasında ölüm halı qeydə alınmayıb.

 

Bu ilin aprel ayından Toksikologiya şöbəsinə 2 nəfər əqrəbsancma, 2 nəfər isə qaraqurd dişləməsi ilə baǧlı müraciət edib: "Son 7-8 ildə qaraqurd sancmasına daha çox rast gəlinir. İlansancma halları daha çox Bakı, Bakıətrafı kəndlərdə, daş karxanalarında işləyən fəhlələr arasında, Şamaxı, Aǧsu, Qəbələ, Şəmkir, Tovuz, cənub rayonlarında qeydə alınır". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 128
avatar

Fərizə Əhmədova

Oxşar yazılar