[b]Brakonyerlə meşəbəyilər arasında insident[/b]
Lerikdə brakonyerlə meşə gözətçiləri arasında insident olub
ONA-nın məlumatına görə, hadisə bir neçə gün əvvəl qeydə alınıb.
Meşə gözətçiləri meşədən qanunsuz ağac kəsən şəxsləri saxlayıb. Bu zaman saxlanılan şəxslərlə gözətçilər arasında qarşıdurma yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ONA-ya faktı təsdiqləyərək bildirib ki, hadisə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisinə aid olan Lerik meşəbəyiliyində qeydə alınıb.
Onun sözlərinə görə, brakonyer Lerik meşəbəyiliyində icazəsiz şəkildə qızılağac cinsli ağacı kəsən zaman meşə gözətçiləri tərəfindən saxlanılıblar. Həmin anda brakonyer meşə gözətçilərinə müqavimət göstəriblər. Brakonyerin barəsində müvafiq akt tərtib olunub, insidentin araşdırılması üçün Lerik Rayon Prokurorluğuna müraciət olunub.
558