<b>Binəqədidə qonşular arasında dava: yaralanan var</b>
10 iyun 2016 03:52 (UTC +04:00)

Binəqədidə qonşular arasında dava: yaralanan var

0

Paytaxtın  Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

APA-nın məlumatına görə,  hadisə 28 May küçəsi 12 ünvanında qeydə alınıb. Qeyd olunan ünvanda yaşayan 28 yaşlı Babək Məmmədovla qonşusu arasında mübahisə düşüb. Mübahisə böyüyüb və Babək Məmmədovun qonşusu bıçağa əl atıb. Bir neçə bıçaq xəsarəti alan Babək Məmmədov xəstəxanaya çatdırılıb. Həkimlər onun  həyatını xilas edə bilib.

 

Hadisə barədə Binəqədi rayon Polis İdarəsinə məlumat verilib. Babək Məmmədovu bıçaqlayan şəxsin kimliyi müəyyən edildikdən sonra onun tutulması istiqamətində əməliyyat keçirilib.

 

Faktla əlaqədar cinayət işi başlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar