Bakıya məcburi eniş edən təyyarə sabah Moskvaya yola düşəcək - YENİLƏNİB
11 mart 2019 21:40 (UTC +04:00)

Bakıya məcburi eniş edən təyyarə sabah Moskvaya yola düşəcək - YENİLƏNİB

 
Bu gün Bakıda təcili eniş edən Rusiyanın “Ural Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi sabah Moskvaya yola düşəcək.
 
 
ONA TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
 
Qeyd olunub ki, hazırda sərnişinlər Bakıda mehmanxanalara yerləşdirilib: “Hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması üçün onlarla xüsusi xidmət orqanlarının əməkdaşları işləyir. Sabah sərnişinlər yerli vaxtla saat 10:00-da eyni təyyarə ilə Moskvaya yola salınacaqlar”.
 
Xatırladaq ki, Rusiya şirkətinə məxsus “Airbus A321” tipli təyyarə Bəhreyndən Moskva istiqamətində uçarkən göyərtəsində bomba olması ehtimalına görə Bakıda təcili eniş edib. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 225 nəfər olub.
 
15:57
 
“Ural Hava Yolları” şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib.
 
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən ONA-ya bildirilib ki, martın 11-də Bəhreyndən Moskvaya uçan “Ural Hava Yolları” şirkətinə məxsus “Airbus A321” təyyarəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.
 
Hava gəmisinin qəza enişinə səbəb təyyarə kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi olub. Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalı ilə ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib. Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə 225 nəfər olub.
 
Hava gəmisi komandiri sərnişinlərin təcili təxliyəsi barədə qərar qəbul edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746
avatar

Oxşar yazılar