Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Bakı şəhərinin Yasamal rayonunda minik avtomobilində partlayıcı qurğunun aşkar olunması barədə məlumat daxil olub.
ANAMA-dan APA-ya verilən məlumata görə, baxış zamanı 2 ədəd MK2 əl qumbarası və 15 ədəd müxtəlif çaplı patron (11 ədəd 7 mm-lik və 4 ədəd 9 mm-lik tapança patronu) aşkar edilib.
Əl qumbaraları və patronlar Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb.