<b>Bakıda qadını hədələyib maşınını əlindən aldılar</b>
17 may 2016 15:18 (UTC +04:00)

Bakıda qadını hədələyib maşınını əlindən aldılar

0

Bakıda qadının avtomobilini ələ keçirən şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 16-da Xətai rayonu ərazisində Bakı şəhər sakini Sevda Rəfiyeva “Kia” markalı avtomobilinə oturarkən naməlum şəxs bıçaqla onu hədələyib həmin nəqliyyat vasitəsində hadisə yerini tərk edib. DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən qeyd edilən avtomobilin həmin gün saat 21 radələrində Yasamal rayonu ərazisində hərəkətdə olması aşkar edilib.

 

Əlahiddə Çevik Polis Alayı, Yasamal RPİ 29-cu PB və Xətai RPİ 37-ci PB əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə avtomobil saxlanılıb, quldurluq hadisəsini törətmiş Bakı şəhər sakini Orxan Xıdırov və həmyerlisi Aleksandr Semyonov tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 281

Oxşar yazılar