<b>Bakıda minik avtomobili avtobusla toqquşdu: 1 ölü</b>
17 sentyabr 2016 02:35 (UTC +04:00)

Bakıda minik avtomobili avtobusla toqquşdu: 1 ölü

0

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda “İveco” markalı avtobusla “Renault” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi barədə məlumat daxil olub.

 

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

 

Xilasedicilər deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:31-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 297

Oxşar yazılar