Səbail rayonu ərazisində ov tüfəngindən atəş açaraq iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxslər tutulub.
Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 19-da Səbail rayonu ərazisində Şamaxı rayon sakini Ələddin Bağırov və Bakı şəhər sakini Firuddin İsmayılov ayaqlarından aldıqları qırma yaraları ilə xəstəxanaya gətirilib, onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Soltan Turabov, Aqil Seyidəliyev və İbrahim Əsədzadə tutulublar.
İ.Əsədzadədən lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngi və 2 ədəd patron götürülüb.