Bakıda oğurluqla məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Sahil qəsəbəsində yaşayan Vilayət Əliyevin evindən oğurluğa cəhd göstərmiş həmyerliləri Elgün Quliyev və Kamran Zərbəliyev tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Zalxa Quliyevaya məxsus evdən qızıl əşyalar, Ülvi Mehdiyevin evindən 6900 manat dəyərində qızıl əşyalar oğurlamaları, Səfa Məmmədovanın mənzilindən oğurluğa cəhd göstərmələri və həmçinin E.Quliyevin Samir Cabbarova məxsus evdən 200 manat və 900 ABŞ dolları, habelə 20000 manat dəyərində qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.