7 min km yol sürdülər, Bakıda velosipedləri oğurlandı - <span style="color:red;">FOTOLAR
20 iyun 2017 10:40 (UTC +04:00)

7 min km yol sürdülər, Bakıda velosipedləri oğurlandı - FOTOLAR

0

 

Bakıda əcnəbi idmançının velosipedi oğurlanıb. Lent.az xəbər verir ki, bu barədə həvəskar velosipedçi Rauf Zeyniyev sosial şəbəkə vasitəsi ilə məlumat verib. O bildirib ki, Valentin adlı velosipedçi 2 yoldaşı ilə bir ildir, Fransadan başlayıb Almaniya, Balkanlar, Yunanistan, Türkiyə, İraq, İran və Gürcüstandan keçib Bakıya gəlib.

 

Bir həftə əvvəl Bakıya çatan velosipedçilər buradan Qazaxstana keçib dünya ətrafında tam dövrəni Çin, Avstraliya, Amerika, Afrika ilə bir neçə ilə tamamlamaq istəyiblər. Lakin Bakıda olarkən naməlum şəxslər onların velosipedlərini oğurlayıb: “Valentin velosipedini  iki zəncirlə mənim evimin balkonuna  bağlamışdı, kəsib oğurlayıblar” deyə, R.Zeyniyev əlavə edib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 303

Oxşar yazılar