Ötən gecə Bakı şəhərinin Pirşağı qəsəbəsində yanan evin mərhum jurnalist Zabil Müqabiloğlunun atasına məxsus olduğu üzə çıxıb. Lent.az xeberbiz.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayon, Pirşağı qəsəbəsi, Məşəl düşərgəsində qeydə alınıb. Burada məcburi köçkünlərin yaşadığı düşərgədə yanğın başlayıb və hadisə yerinə FHN əməkdaşları cəlb olunub.
Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik.
*****
10:20
Bakıda iki bitişik birmərtəbəli ev yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 85 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 30 m2, dam örtüyünün yanar konstruksiyaları, bitişik ümumi sahəsi 97 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanıb.
Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.